Bakı. Ramiz Mikayıloğlu - APA. Müsavat Partiyası və “El” Hərəkatı arasında əməkdaşlıq sazişinin imzalanması ilə bağlı prinsipial razılıq əldə olunub.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O bildirib ki, hazırda hər iki tərəfin nümayəndələrinin iştirakı ilə əməkdaşlıq sazişinin layihəsi hazırlanır. Sazişin aprel ayında imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, Milli Şuranı tərk edən Müsavat Partiyası keçən il dekabrın 19-da “El” Hərəkatına əməkdaşlıq sazişi imzalamağı təklif edib. O dövrdə Milli Şurada təmsil olunan “El” Hərəkatı Müsavat Partiyasına cavab verməyi təxirə salıb. “El” Hərəkatının sədri Eldar Namazov Milli Şuranı tərk edəndən sonra iki qurum arasında əməkdaşlıq sazişinin imzalanması məsələsi yenidən müzakirə olunmağa başlanıb.