Bank Of Baku

Natiq Cəfərli: “Bu ilin birinci yarısında hərəkatımız partiyaya çevrilə bilər”

Natiq Cəfərli: “Bu ilin birinci yarısında hərəkatımız partiyaya çevrilə bilər”
# 10 mart 2016 09:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “REAL hərəkatının partiyaya çevrilməsi istiqamətində proses davam edir”.

 

Bunu APA-ya açıqlamasında Respublikası Alternativ (REAL) hərəkatının icra katibi Natiq Cəfərli deyib.

 

N. Cəfərli bildirib ki, REAL-ın partiya quruculuğunda üstünlük verdiyi model hazırkı siyasi partiyaların strukturundan fərqlidir. Onun sözlərinə görə, hərəkatın 18 el məclisinin formalaşması prosesinə start verilib və artıq işlər yekunlaşmaq üzrədir: “Bütün el məclisləri formalaşdıqdan sonra qurultayın çağırılması və günün təyin olunması ilə bağlı qərar veriləcək. İşlərimiz yaxşı getsə, düşünürəm ki, bu ilin birinci yarısında partiyalaşma qurultayı keçirilə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR