Bank Of Baku

2016-cı il Naxçıvanda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edilib

2016-cı il Naxçıvanda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edilib
# 08 fevral 2016 14:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA.  2016-cı il Naxçıvan Muxtar Respublikasında “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edilib.

 

APA-nın "Azərtac"a istinadən məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov YAP Naxçıvan Muxtar Respublika Təşkilatının 2015-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı iclasında açıqlayıb.

 

V. Talıbov deyib ki, 2016-cı ildə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 25-ci ildönümü tamam olacaq, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti partiyamızın ilk və fəal siyasi qurumu kimi daim nümunə olmalı, “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” olan 2016-cı ildə fəaliyyətini daha da gücləndirməlidir.

 

Qeyd edək ki, bu il Naxçıvan Muxtar Respublikasında “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR