Bank Of Baku

Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydalar dəyişib

Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydalar dəyişib
# 24 iyun 2016 23:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Polis  əməkdaşının  maddi  və  sosial  təminatları  ilə  bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

 

APA-nın məlumatına görə, indiyə qədər  Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi Daxili İşlər Nazirliyinin pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının (“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülüb.

 

Dəyişikliyə əsasən bundan sonra şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi Daxili İşlər Nazirliyinin pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülməyəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR