Bu gün Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
APA-nın məlumatına görə, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Azərbaycan Prezidentinə məlumat verib.
Bildirilib ki, son illər rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Rayonda çoxlu sosial infrastruktur obyektləri tikilib, yeni istehsal müəssisələri yaradılıb.