APA-nın məlumatına görə, Prezident yanında Əfv Məsələləri Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilib:
Komissiyanın sədri
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Komissiyanın üzvləri
Ramil Usubov - daxili işlər naziri
Fikrət Məmmədov - ədliyyə naziri
Əbülfəs Qarayev - mədəniyyət və turizm naziri
Mədət Quliyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Fuad Ələsgərov - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri
Əhliman Əmiraslanov - deputat, Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin kafedra müdiri
Bəxtiyar Əliyev - deputat, Elm və təhsil komitəsi sədrinin müavini, Bakı Dövlət Universitetinin kafedra müdiri
Azay Quliyev - deputat, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
Səttar Möhbalıyev - deputat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Elmira Axundova - deputat, jurnalist
Məlahət İbrahimqızı - deputat
Aynur Sofiyeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri
Cəmilə Ramazanova - Azərbaycan Respublikasının əməkdar müəllimi
Komissiyanın katibi
Kəmalə İsmayılova - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri
Ali Məhkəmə sədrinə və baş prokurora Komissiyanın iclaslarında iştirak etmələri tövsiyyə olunub.