Bank Of Baku

Prezident Gənclər Fondunun Müşahidə Şurasının üzvlərini təyin edib

Prezident Gənclər Fondunun Müşahidə Şurasının üzvlərini təyin edib
# 04 mart 2017 15:04 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin edilib:

 

dövlət orqanlarından

 

Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

 

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

 

Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini

 

Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri

 

Məmmədov Cavid Nəriman oğlu- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

 

gənclər təşkilatlarından

 

Mehdiyev Nurəddin Səftər oğlu - “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri

 

Seyidov Mirhəsən Mirheydər oğlu - “İrəli” İctimai Birliyinin sədri

 

Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

 

Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR