Bank Of Baku

Prezidentin köməkçisi: "Son illər qeyri-neft sektorunda, xüsusilə qeyri-neft sənayesində davamlı inkişaf müşahidə edilməkdədir"

Prezidentin köməkçisi: "Son illər qeyri-neft sektorunda, xüsusilə qeyri-neft sənayesində davamlı inkişaf müşahidə edilməkdədir"
# 02 fevral 2016 14:58 (UTC +04:00)

Quba. Məlahət Nəcəfova, Vəli Turan - APA. "Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi isə artıq 70 faizə çatıb".

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdəkı çıxışında deyib.

 

Ə. Həsənov bildirib ki, son illərdə qeyri-neft sektorunda, xüsusilə qeyri-neft sənayesində davamlı inkişaf müşahidə edilməkdədir: "Ölkədə böyük infrastruktur layihələri həyata keçirilib, sosial və iqtisadi infrastrukturlar ən yüksək standartlara uyğunlaşdırılıb. Cənab prezident müşavirədə qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində son 12 ildə görülən işlər nəticəsində bütün yaşayış məntəqələrinin siması dəyişib, əhalinin rifah halı yüksəlib, bölgələrdə müasir sosial və iqtisadi infrastruktur formalaşdırılıb. Əhalinin təbii qaz, elektrik enerjisi, su təchizatı da daxil olmaqla, kommunal sahələrdəki bütün problemləri, demək olar ki, həll olunub. Azərbaycanda son illərdə işsizlik və yoxsulluq 5 faizə qədər aşağı salınıb. Maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artırılıb. 1 milyon 5 mindən artıq yeni iş yerləri yaradılıb ki, onlardan da təxminən 1 milyonu daimi iş yerləridir. 89 köçkün qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Ölkə üzrə bütün çadır şəhərcikləri ləğv olunub. Azərbaycana 200 milyard dolar sərmayə qoyulub ki bunun da 100 milyard dolları  daxili sərmayədir. Sahibkarlara 1, 7 milyard manat güzəştli kredit verilib.

 

Azərbaycanda 70 mindən çox müəssisə yaradılıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Baki-Tbilisi-Ərzurum qaz kəməri reallaşdırılıb, Bakı-Tbilisi-Qars, İran və Azərbaycan arasında Astara dəmiryol layihələri isə artıq başa çatmaq üzrədir. Ölkədə 25 yeni elektrik stansiyası tikilib, 6 yeni hava limanı, nəhəng ticarət limanı tikilib və istifadəyə verilib. Azərbaycan üzrə qazlaşma 90 faizə çatıb, ucqar yaşayış məntəqələrinə belə qaz çəkilib. Bütün ölkə boyu 12 min km yol çəkilib, hətta kəndlərarası nəqliyyat şəbəkəsi  də yenidən qurularaq əhalinin istifadəsinə verilib. 3 min məktəb, yüzlərlə səhiyyə müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir olunub. Azərbaycanın idman infrastrukturları tamamilə yeniləşib və müasir standartlara uyğunlaşdırılıb. Əlavə beynəlxalq səviyyəli idman qurğuları, 40-dan artıq olimpiya idman kompleksi tikilərək istifadəyə verilib. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib, 2 peykimiz orbitə buraxılıb ki, bunlar da bir azdan çox yüksək gəlir gətirəcəklər. Turizm potensialı inkişaf etdirilib, yeni beynəlxalq səviyyəli istirahət mərkəzləri yaradılıb, dünyanın ən müasir otel brendləri Azərbaycan gətirilib, 300 yeni mehmanxana inşa edilib. Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi, 80 faizdən çoxu özəl sektorun payına düşür. Bu gün ekstremist yönlü müxalifət hakimiyyəti tənqid edir ki, neft pullarını “sovurdunuz”, ölkənin inkişafı ilə bağlı nə etdiniz. Bax bu günə kimi bütün bunlar əldə olunub. Bütün cəmiyyətimizin həyatı yenilənib". 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR