Bakı. Mübariz Aslanov - APA. "Sahibkar bu gün qulluq mənafelərini aşmağa görə cinayətə məsuliyyətinə cəlb edilir. Halbuki biz bazar iqtisadiyyatında yaşayırıq. İndiyə qədər niyə sahibkarlar mallara qoyduğu qiymətə görə məsuliyyətə cəlb olumurdu?"
APA-nın məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Deputat bildirib ki, sahibkar vergidən yayınacaqsa, onsuz da məsuliyyətə cəlb edilə bilər: "Amma sahibkara inzibati qaydada deyiləcəksə ki, get məhsulunu bu qiymətə sat, o yeni istehsal prosesində maraqlı olmayacaq”.
Q. Həsənquliyev eyni zamanda iqtisadiyyatın inkişafı üçün qonşu ölkələrlə viza rejiminin aradan qaldırılmasını da təklif edib: “İran, Türkiyə, Avropa İttifaqı ilə viza rejimi aradan qaldırılmalıdır. Qoyun, o ölkələrin vətəndaşları rahat şəkildə gəlib burda pullarını xərcləsinlər, turizm inkişaf etsin. Eyni zamanda bir sıra dövlət qurumlarının özəlləşdirilməsinin vaxtı çatıb".