Bank Of Baku

Sabah dairələr üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır

Sabah dairələr üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır
# 04 aprel 2017 09:01 (UTC +04:00)

Sabah Azərbaycanda dairələr üzrə dəqiqləşdirilmiş ilkin seçici siyahılarının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılmış vaxt başa çatır.

 

APA-nın məlumatına görə,  Seçki Məcəlləsinə əsasən seçici siyahıları 2017-cı il yanvarın 5-dən məntəqə seçki komissiyaları səviyyəsində dəqiqləşdirilməyə başlanıb. Məntəqə seçki komissiyaları fevralın 5-dək seçici siyahılarının dəqiqləşdirərək dairə seçki komissiyalarına təqdim edib. Dairələr üzrə dəqiqləşdirilmiş ilkin seçki siyahıları ən gec aprelin 5-dək MSK-ya təqdim edilməlidir.

 

MSK da həmin vaxtdan etibarən seçici siyahılarını yoxlayacaq, uyğunsuzluq aşkar etdikdə, onların dəqiqləşdirilməsi üçün lazımi addımlar atacaq. Sonra isə siyahılar təsdiqlənmək üçün aşağı seçki komissiyalarına təqdim olunacaq. Bu proses mayın sonuna qədər başa çatacaq. Mayın sonunda Azərbaycanda seçicilərin sayı açıqlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR