Bu barədə APA-ya S. Rüstəmxanlı özü bildirib.
VHP sədri qeyd edib ki, qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürməmək qərarına gəlib.
Deputat Asim Mollazadənin sədri olduğu Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurası da 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərdə iştirakın forması ilə bağlı qərar qəbul edib.
DİP-dən APA-ya verilən məlumata görə, qərara əsasən partiya seçkilərdə öz namizədi ilə çıxış etməyəcək. Bununla belə, partiya ümumilikdə seçki prosesini ciddi şəkildə müşahidə edəcək və müşahidələrin nəticələrini seçkidən sonra ictimaiyyətə açıqlayacaq.
Qeyd edək ki, partiyanın 4-cü qurultayında seçkilərdə iştirakla bağlı qərar qəbul edilmiş, iştirak formasını müəyyənləşdirmək səlahiyyəti Siyasi Şuraya həvalə olunmuşdu.
Prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.