Bank Of Baku

Səfir: “Türk xalqı bütün terror təşkilatlarını əzib, yox edəcək”

Səfir: “Türk xalqı bütün terror təşkilatlarını əzib, yox edəcək”
# 15 dekabr 2016 12:16 (UTC +04:00)

“Təəssüf ki, İstanbulda baş verən terror hadisəsində 44 vətəndaşımız qurban getdi. Millət olaraq hamımız çox kədərliyik. Lakin kədərli olduğumuz qədər də hirsliyik. Heç kəs terror aktları ilə nə Türkiyəni sarsıda bilər, nə də türk millətinin gözünü qorxuda bilər. Biz kədərli ola bilərik, amma terrorla sonuna qədər mübarizə aparmağa hər zaman qərarlıyıq”.

 

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, türk milləti terrorla mübarizədə hər zaman dövlətin yanında olub və bundan sonra da olmağa davam edəcək: “Adı nə olur olsun, istər PKK, istər FETÖ, istərsə də İŞİD, fərq etməz. Bilsinlər ki, türk milləti onları əzib, yox edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR