Bank Of Baku

Səfir Ukraynadakı Azərbaycan diasporunun optimallaşdırılmasını təklif edir

Səfir Ukraynadakı Azərbaycan diasporunun optimallaşdırılmasını təklif edir
# 10 dekabr 2016 15:53 (UTC +04:00)

Ukraynada Azərbaycan diasporunun optimallaşdırılması, vahid təşkilatda birləşməsi təklif olunub. APA-nın məlumatına görə, bu təkliflə Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev Kiyevdə “Ukraynada Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinin önəmi və iş adamlarının diaspora inteqrasiyası” mövzusunda keçirilən Ümumukrayna Azərbaycanlılarının IV Forumunda bildirib.

O qeyd edib ki, Ukraynada təşkilatların ayrı-ayrılıqda, pərakəndə fəaliyyət göstərməsindənsə birlikdə, vahid təşkilatda fəaliyyət göstərmək istər Ukraynada Azərbaycan lobbisinin qüvvətlənməsi baxımından, istərsə də diaspordakı problemləri aradan aldırmaq baxımından zəruri addımdır. Səfir forumun təşkilatçısı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadova və təşkilatın İdarə Heyətinə təklif edib ki, bir təşəbbüs qrupu yaradılsın, nizamnamə ilə onu tanış etsinlər və Ukraynada Azərbaycan diasporunun optimallaşdırılması ilə bağlı qısa vaxt ərzində qərar verilsin: “Bizə də maraqlıdır ki, Ukraynadakı çoxsaylı azərbaycanlılar pərakəndə halında yox, vahid təşkilatda cəmləşsinlər. Forumda iştirak edən çoxsaylı azərbaycanlı ziyalıları görürəm ki, onların bizim bu təşəbbüsə maraqlı töhfələri ola bilər”. Qeyd edək ki, forumun işi onlayn yayımlanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR