Bank Of Baku

Sülhəddin Əkbər: “Milli Şuradan çıxmaq fikrində deyiləm”

Sülhəddin Əkbər: “Milli Şuradan çıxmaq fikrində deyiləm”
# 30 yanvar 2014 10:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Milli Şuranın sıravi üzvü olaraq qalacağam”. Bunu APA-ya açıqlamasında Azad Demokratlar Partiyası Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər deyib. O, bildirib ki, partiya quruculuğu ilə əlaqədar işləri çox olsa da, Milli Şuradan çıxmaq fikrində deyil: “Partiyanın Nizamnaməsi də artıq hazırdır və qurultayın vaxtı martın sonunda bilinəcək”.

 

S. Əkbər “El” Hərəkatının sədri Eldar Namazovun Milli Şuradan istefasına da münasibət bildirib: “Mən bu istefanı normal qəbul edirəm. Eldar Namazov yəqin ki, istefası barədə ciddi düşünüb və anlayıb ki, hərəkatdakı fəaliyyəti ilə Milli Şuradakı fəaliyyəti bir araya sığmır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR