Bakı. Etibar Məmmədov - APA. Bu gün Vəhdət Partiyasının Baş Məclisinin növbəti iclası keçirilib.
Partiyadan APA-ya verilən məlumata görə, Baş Məclis aprelin 9-da Vəhdət Partiyasının növbəti qurultayının keçİrilməsi barədə qərar qəbul edib və Tahir Kərimlinin sədrliyi ilə qurultaya hazırlıq işləri üzrə Təşkilat Komitəsi yaradıb.
Eyni zamanda 2016-cı il üçün partiya büdcəsi və ştat cədvəli təsdiq edilib.
Baş Məclis siyasi şuranın 7 nəfərdən ibarət yeni tərkibini təsdiq edib.
Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası Baş Məclisin qərarları ilə bağlı müsbət rəy verib.