Bakı – APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün yeni təyinatlar imzalayıb.
VHP-dən APA-ya verilən məlumata görə, S. Rüstəmxanlının sərancamına əsasən, Yusif Salmansoy partiya sədrinin təbliğat məsələləri üzrə müavini, Nəsimi Şərəfxanlı Güney Azərbaycan üzrə müşaviri, Aygün Qurbanova isə Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri təyin olunub.