Bank Of Baku

YAP 90 saylı dairədən öz namizədini irəli sürəcək

YAP 90 saylı dairədən öz namizədini irəli sürəcək
# 19 aprel 2016 11:31 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyası (YAP) 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə öz namizədini irəli sürəcək.

 

Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, YAP rəhbərliyində bu məsələ müzakirə olunacaq və həmin dairədən namizəd irəli sürüləcək: “Bir neçə nəfər var ki, onlar arasından seçim aparılacaq. Partiya rəhbərliyinin qərarından sonra namizədin adı açıqlanacaq”.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR