Bank Of Baku

YAP Gənclər Şurası ötən ilin yekunlarına həsr olunmuş tədbir keçirib

YAP Gənclər Şurası ötən ilin yekunlarına həsr olunmuş tədbir keçirib
# 28 yanvar 2017 10:29 (UTC +04:00)

 Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Şurası ötən ilin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunan tədbir keçirib.

 

APA-nın xəbərinə görə, tədbirdə baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, millət vəkilləri və başqa şəxslər iştirak edib.

 

Ə. Əhmədov çıxış edərək bildirib ki, ötən il YAP Gənclər Şurasının fəaliyyəti çoxşaxəli olub: “Yeni Azərbaycan Partiyasına üzv olan gənclərin sayının artması bizi sevindirir. Azərbaycan gəncləri siyasi fəaliyyətlərini əsasən bizim partiya ilə bağlayır. Bu, sevindirici haldır”.

 

Baş nazirin müavini qeyd edib ki, gənclər cəmiyyətin uğurlarına kifayət qədər töhfə verir: “Bu gün bizim partiyanın həyata keçirdiyi siyasətin mahiyyətini təhrif etmək istəyən qüvvələr var. Bu qüvvələr istər ölkə daxilində, istərsə də ölkə xaricində var. Demək istəməzdim ki, bu qüvvələr çoxdur”.

 

Tədbir çıxışlarla davam etdirilib. Sonda bir qrup şəxsə YAP-a üzvlük biletləri təqdim edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR