Bakı. Mübariz Aslanov - APA. Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Fəxri xiyabanı ziyarət edib.
APA-nın məlumatına görə, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, YAP-ın rəhbər heyəti Heydər Əliyevin məzarı üzərinə gül dəstələri düzüb, ehtiramlarını ifadə ediblər.
Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub.