Bakı - APA. Prezident İlham Əliyev Tahir Kərimovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, dövlət başçısının digər sərəncamları ilə Sevindik Hətəmov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.