Ermənilərin Almaniyada "Artsax"la bağlı tədbiri ixtisara salınıb

Ermənilərin Almaniyada "Artsax"la bağlı tədbiri ixtisara salınıb
# 06 mart 2024 10:43 (UTC +04:00)

Xəbər verildiyi kimi ermənilər bu il martın 6-da Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimatı məqsədilə geniş tədbir keçirməyi planlaşdırırdılar. Bu gün tədbirin onlayn keçiriləcəyi barədə məlumat yayılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, məqsəd guya təqdimatın təhlükəsizlik şəraitində keçirilməsini təmin etməkdir.

Xatırladaq ki, Avropada yaşayan azərbaycanlılar və diaspor təşkilatları təqdimat mərasimində iştirak etmək üçün qeydiyyata düşmək məqsədilə davamlı olaraq müraciətlər edib və tədbirin qarşısının alınması üçün ciddi cəhd göstəriblər.

Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimat mərasiminin istənilən səviyyədə baş tutmaması Azərbaycan diasporunun fəallığının nəticəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR