Qrantla bağlı müqavilələrin surətini Ədliyyə Nazirliyinə təqdim etməyən təşkilatlar cərimələnib

Qrantla bağlı müqavilələrin surətini Ədliyyə Nazirliyinə təqdim etməyən təşkilatlar cərimələnib
# 18 fevral 2014 07:41 (UTC +04:00)

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 223-1.1-ci maddəsinə əsasən, qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə (1 ay) Ədliyyə Nazirliyinə təqdim edilməməsinə görə cərimə müəyyən olunub.

Ölkə prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli fərmanı ilə təsdiq edilmiş "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"nın 2.1-ci bəndinə zidd olaraq qrant alınması haqqında müqavilənin (qərarın) surətinin qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etmədiyinə görə ötən il ərzində 3 inzibati tənbeh verilmə haqqında qərar qəbul edilib. Tətbiq edilmiş intizam tənbehi nəticəsində ümumilikdə 7000 manat məbləğində cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR