Rusiya Ukrayna sərhədinə 60 minlik qüvvə cəmləşdirib, Krımda 21500 rus hərbçisinin olduğu açıqlandı - VİDEO

Rusiya Ukrayna sərhədinə 60 minlik qüvvə cəmləşdirib, Krımda 21500 rus hərbçisinin olduğu açıqlandı - <span style="color: red;">VİDEO
# 16 mart 2014 15:30 (UTC +04:00)

Bu barədə Ukrayna daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov hökumətin toplantısında deyib. Avakov bildirib ki, hazırda Xarkovda bir neçə yüz şəxs vilayət prokurorluğunun binasını hücumla ələ keçirməyə çalışırlar. Nazir xüsusi müdafiə vasitələrindən istifadə etmədən hücuma yol verməmək barədə göstəriş verib. Hazırda Donetsk və Luqanskda mitinqlər başa çatıb.

Hökumətin iclasında çıxış edən müdafiə nazirinin səlahiyyətlərini icra edən İqor Tenyux hazırda Krımda olan Rusiya hərbi kontingentinin sayının 21 min 500 nəfərə çatdığını deyib. Onun sözlərinə görə, Rusiya Ukrayna sərhədlərinə 60 mindən artıq hərbi qüvvə cəmləşdirib.

Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk isə Rusiyanın Sevastopola 54 ədəd ən yeni zirehli transportyor göndərdiyini deyib. Onun sözlərinə görə, ruslar ötən il silahlanmaya qəbul edilmiş bu hərbi maşınları Ukraynada döyüş vəziyyətində sınaqdan keçirmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR