İyunun 1-6-da Azərbaycanda Misir mədəniyyət günləri keçiriləcək

İyunun 1-6-da Azərbaycanda Misir mədəniyyət günləri keçiriləcək
# 22 may 2014 07:44 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev geniş tamaşaçı auditoriyasına malik olan yerli “Nil Əl-Əxbar” televiziya kanalına müsahibə verib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, səfir ölkəmizin tarixi keçmişi və Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından çıxarıldığını qeyd edən diplomat BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş 4 qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini və bununla bağlı beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı heç bir sanksiyanın tətbiq olunmadığını vurğulayıb.

Ş.Abdullayev Azərbaycanda yoxsulluq həddinin ötən 8 il ərzində 49%-dən 5%-ə qədər aşağı düşdüyünü, Azərbaycanın xarici valyuta ehtiyatının 53 milyard dolları keçdiyini, Azərbaycan neftinin və qazının boru xətləri vasitəsi ilə dünyanın müxtəlif yerlərinə ixrac edildiyini, həmçinin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda- turizm, rabitə və informasiya texnologiyaları, sənaye və kənd təsərrüfatı sahələrində ciddi irəliləyişlərin əldə edildiyini diqqətə çatdırıb.

Azərbaycanın turizm potensialı haqqında danışan səfir ölkəmizdə mövcud olan yay və qış turizmi barəsində məlumat verərək, 2013-cü ildə 2 milyondan artıq turistin Azərbaycana səfər etdiyini bildirib.

Azərbaycan-Misir əlaqələrinə toxunan səfir 1-6 iyun tarixlərində Misir mədəniyyət günlərinin Bakıda keçiriləcəyini bildirib, bunun iki ölkə arasında mədəniyyət və turizm sahələrində əlaqələrin inkişafına təkan verəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR