“General Motors” 600 minə yaxın avtomobilini geri çağırır

“General Motors” 600 minə yaxın avtomobilini geri çağırır
# 26 fevral 2014 15:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. ABŞ-ın “General Motors” korporasiyası Şimali Amerika bazarından 588 mindən artıq avtomobilini geri çağırır.

APA-Economics”in məlumatına görə, şirkətinin nümayəndələri bildirib ki, geri çağırılmaya səbəb avtomobilin mühərrikinin işə salınmasında yaranan nasazlıqdır ki, bu da avtomobildəki elektronikanın sönməsinə və mühərrikin işinin dayandırılmasına gətirib çıxarır.

Ekspertlər deyir ki, texniki qüsur bu şirkətin 2003-2007-ci illərdə istehsal olunan “Saturn Ion”, həmçinin 2006-2007-ci illərin istehsalı olan “Chevrolet HHR”, “Pontiac Solstice” və “Saturn Sky” modellərində mövcud ola bilər.

Bu ayın əvvəlində şirkət daha 780 min ədəd 2005-2007-ci il istehsalı olan “Chevrolet Cobalt” və “Pontiac G5” modelinin geri çağırdığı haqqında məlumat yayıb. Bu modellərdə də avtomobillərin elektron sistemin nasazlığının yoxlanılması planlaşdırılır ki, bu da təhlükəsizlik yastıqlarının açılması ilə bağlıdır.

“General Motors”da əlavə ediblər ki, artıq onlara təhlükəsizlik yastıqlarının açılmaması ilə bağlı 31 yol-qəza hadisəsi məlumdur. Bu qəzalarda 13 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR