Astarada gəlinə işgəncə verən ailə üzvlərinə hökm oxunub - VİDEO

Astarada gəlinə işgəncə verən ailə üzvlərinə hökm oxunub - <span style="color: red;">VİDEO
# 18 fevral 2014 11:45 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hakim İsmayıl Abdurəhmanlının sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən zərərçəkən Qutamə Rükiyevanın əri Afiyəddin Nabatov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib. Qayınata Malik Nabatov və qayınana Mirvari Şahmuradovaya himayələrində azyaşlı uşaqların olması nəzərə alınaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmin cəza 2 il sınaq müddəti ilə şərti hesab edilib.

İttihama görə, Astara rayonunun Pəlikəş kənd sakini, 1969-cu il təvəllüdlü Malik Məmmədağa oğlu Nabatov yaşadığı evdə 2011-ci ilin oktyabr ayından 2012-ci ilin iyun ayına kimi olan dövrdə oğlu, 1994-cü il təvəllüdlü Afiyəddin Nabatov və arvadı, 1975-ci il təvəllüdlü Mirvari Şahverdi qızı Şahmuradova ilə qabaqcadan əlbir olaraq gəlini, 1994-cü il təvəllüdlü Qutamə Arzu qızı Rükiyevanı mütəmadi olaraq təhqir edib, döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, saçlarını qırxıb və müxtəlif fiziki əzab veriblər. Qutamə Rükiyevanın təxminən 8 ay müddətində mütəmadi təhqir edildiyi, onun müxtəlif ağrılar və psixi iztirablara məruz qaldığı Astara Rayon Prokurorluğunda aparılan istintaq hərəkətləri ilə sübuta yetirilib. Q.Rukiyevanın əri Afiyəddin Nabatov, qayınatası Malik Nabatov və qayınanası Mirvari Şahmuradova barəsində Cinayət Məcəlləsinin 133.2.3, 133.2.4, 133.2.6 və 145.2.3 maddələri ilə cinayət işi açılıb, Astara Rayon Məhkəməsinin qərarı ilə ata və oğul barəsində həbs qəti-imkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR