Nardaranda yeni qaz xətlərinin çəkilməsi üçün nəzərdə tutulan borular oğurlanıb

Nardaranda yeni qaz xətlərinin çəkilməsi üçün nəzərdə tutulan borular oğurlanıb
# 04 mart 2016 13:59 (UTC +04:00)

Bakı-APA. Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə “Azəriqaz” İstehsalat Birliyindən Nardaran qəsəbəsinin infrastrukturun yenilənməsi və sosial problemlərinin həlli məqsədi ilə yeni qaz xətlərinin çəkilməsi üçün nəzərdə tutulan borulardan 260 metrinin oğurlanması barədə şikayət ərizəsi daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 3000 manat olan qaz borularını oğurlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini Süleyman Salmanov saxlanılıb. Onun qəsəbə ərazisində yaşadığı evin həyətinə baxış zamanı oğurlanan qaz boruları aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR