ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırıb

ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırıb
# 07 iyul 2016 08:13 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünya bazarında neft bahalaşıb.


"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar artaraq 47,70 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar artaraq 49,06 dollar olub.

ABŞ-da neft ehtiyatlarının 6,7 mln. barelədək azalması neftin bahalaşmasına səbəb olub. Bazar iştirakçılarının fikrincə, neft ehtiyatları bu səviyyədən də aşağı düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR