Salyanda dələduzluq edən şəxslərin kriminal avtoritet olduğu üzə çıxıb

Salyanda dələduzluq edən şəxslərin kriminal avtoritet olduğu üzə çıxıb
# 05 may 2016 18:04 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda polis adından istifadə edib dələduzluq edən şəxslərin kriminal avtoritet olduğu üzə çıxıb.

APA-nın Mil-Muğan bürosunun əldə etdiyi xəbərə görə, bunlar Salyan sakini, 1997-ci il təvəllüdlü İlyasov Vaqif Şükran oğlu (kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan kriminal avtoritet), onunla əlbir olan Salyan rayonu Arbatan kənd sakini, 1994-cü il təvəllüdlü Qasımov Kamran Tağı oğlu (bir müddət əvvəl həbs olunan kriminal avtoritet “Tağı Salyanski”nin oğlu) və 1990-cı il təvəllüdlü, 7 il həbsdə olan Məlikov Rza Əliqulu oğlu (“Krıtıy Rza” ləqəbli kriminal avtoritet) həbs edilib.

R. Məlikov narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir. Onun dolayısı ilə yuxarıda adıçəkilən şəxslərlə əlaqələrinin olduğu, kriminal yolla yığılan pulların xəzinədarı olduğu bildirilir.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər rayonun Aşağı Kürkənd kənd sakini, 2000-ci il təvəllüdlü Asiman Bəhramovu həbs edəcəyi ilə hədələyib ondan 15 min manat alıblar. Salyan Rayon Polis Şöbəsindən APA-ya bildiriblər ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Salyan rayon sakinləri Kamran Qasımov və Vaqif İlyasov tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR