Qubada meşə massivində yanğın olub

Qubada meşə massivində yanğın olub
# 03 mart 2016 19:37 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün axşam saatlarında Quba rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Qımıl kəndi ərazisində meşə massivində yanğın baş verib.

Hadisə yerinə Quba Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ümumilikdə bir hektar ərazidə quru kol-kos yanıb. Meşə sahəsi yanğından mühafizə olunub.

Analoji hadisə Quba rayonun daha iki kəndində olub. İkinci Nügədi kəndi ərazisində 2 hektar, Tülər kəndi ərazisində isə 3 hektar kol-kos yanıb.

Qusar və Xaçmaz rayonlarında da yanğınlar qeydə alınıb. Qusarın Xural və Mucuq kəndlərində kol-kos yanıb. Baş verən yanğınların səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR