Bu ilin 7 ayında əsas kapitala 8 mlrd. manata yaxın vəsait yönəldilib

Bu ilin 7 ayında əsas kapitala 8 mlrd. manata yaxın vəsait yönəldilib
# 12 avqust 2016 15:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2016-cı ilin yanvar-iyul aylarında əsas kapitala 7 mlrd. 959,7 mln. manat məbləğində vəsait yönəldilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istifadə olunmuş vəsaitin 6 mlrd. 460,4 mln. manatı və ya 81,1%-i məhsul istehsalı obyektlərinin, 1 mlrd. 175,9 mln. manatı (14,8%-i) xidmət sahələri üzrə obyektlərin, 323,4 mln. manatı (4,1%-i) isə ümumi sahəsi 888,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 mlrd. 36,6 mln. manatını və ya 38,1%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 5 mlrd. 643,9 mln. manatı və ya 70,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR