"Günəşli" yatağında yanğın davam edir - HADİSƏ YERİNDƏN SON GÖRÜNTÜ

"Günəşli" yatağında yanğın davam edir - <span style="color: red;">HADİSƏ YERİNDƏN SON GÖRÜNTÜ
# 16 dekabr 2015 15:34 (UTC +04:00)

Bakı - APA. Dekabrın 4-də "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğın davam edir.

APA-nın əməkdaşı bu gün hadisə yerində olub, son vəziyyəti və yanğınsöndürmə prosesini lentə alıb.

Yataqdakı quyulardan birində yanğın artıq söndürülüb, digər quyularda yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir. Yanğının söndürülməsinə FHN-in gəmiləri cəlb olunub.

Dekabrın 4-də baş verən qəza nəticəsində 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışları da davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR