Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
# 21 may 2016 10:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR