Azərbaycan prezidenti Fransanın sabiq baş nazirini qəbul edib

Azərbaycan prezidenti Fransanın sabiq baş nazirini qəbul edib
# 27 aprel 2016 11:37 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Fransanın keçmiş baş naziri Dominik de Villpeni qəbul edib.

APA-nın məlumatına görə, yenidən Bakıya səfər etməsindən məmnunluğunu bildirən Dominik de Vilpen iştirak etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçdiyini deyib, iqtisadi və siyasi vəziyyətin asan olmadığı indiki dövrdə Azərbaycanda inkişafın şahidi olduğunu vurğulayıb.

O, Azərbaycanın uzun illər dostu olduğunu qeyd edib.

Prezident İlham Əliyev isə Fransanın keçmiş baş naziri ilə Bakıda və Parisdə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq qonağın Forumda iştirakının əhəmiyyətini vurğulayıb.

Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda müzakirə edilən məsələlərin önəmi qeyd olunub, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR