“Parlament-2015” Seçki Monitorinq Koalisiyası seçkilərlə bağlı ilkin aralıq hesabatını təqdim edib - VİDEO

“Parlament-2015” Seçki Monitorinq Koalisiyası seçkilərlə bağlı ilkin aralıq hesabatını təqdim edib - <span style="color: red;">VİDEO
# 29 oktyabr 2015 12:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün “Parlament-2015” Seçki Monitorinq Koalisiyasının Azərbaycanda noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərin monitorinqinə dair aralıq hesabatının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən koalisiyanın koordinatoru Rufiz Qonaqov bildirib ki, 5 qeyri-hökumət təşkilatı tərəfindən yaradılan koalisiya oktyabr ayının 1-dən fəaliyyət göstərir. Onun sözlərinə görə, koalisiya parlament seçkiləri ilə bağlı monitorinq aparmaq üçün 500 nəfər müşahidəçini 118 seçki dairəsinə ezam edilib: “Monitorinq çərçivəsində rəy sorğularından da istifadə edilib. Belə ki, hər bir seçki dairəsi üzrə 200 nəfər olmaqla, 23600 nəfər respondent arasında sorğu keçirilib. Bundan başqa, monitorinqə cəlb edilmiş şəxslər əhali ilə müsahibələr aparıblar. Müsahibələr hər dairə üzrə 50 nəfər olmaqla, cəmi 5900 nəfəri əhatə edib”.

R. Qonaqov əlavə edib ki, koalisiya noyabrın 2-də yeni aralıq hesabatını və seçkilərdən bir neçə gün sonra isə yekun hesabat təqdim edəcək.

İqtisadçı Vüqar Bayramov isə bildirib ki, Milli Məclisə namizədlərin qeydiyyatı prosesi avqustun 29-dan başlayıb, oktyabrın 2-nə kimi davam edib. Onun sözlərinə görə, aparılan monitorinq nəticəsində məlum olub ki, namizədlər üçün imza toplanması qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılıb: “Namizədlərin qeydiyyatı prosesində şəffaflığı təmin etmək məqsədilə namizədlər haqqında məlumat MSK-nın saytında yerləşdirilib. Bu mərhələdə seçki komissiyaları tərəfindən 1246 namizəd qeydə alınıb. Onlardan 479-u müxtəlif səbəblərdən öz namizədliklərini geri götürüblər. Beləliklə, parlament seçkilərində 125 yer uğrunda 767 nəfər namizəd mübarizə aparacaq”.

Sonra Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyev seçkilərdə təşviqat kampaniyası haqqında məlumat verib. O qeyd edib ki, seçkiqabağı təşviqat üçün geniş imkanlar yaradılıb, təşviqat materiallarının yerləşdirilməsi üçün yaxşı görünən yerlərdə təşviqat lövhələri yerləşdirilib. Onun sözlərinə görə, MSK şikayətlərə də vaxtında və operativ şəkildə baxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR