Şəmkirdə poçt binasından oğurluq edən şəxslər saxlanılıb

Şəmkirdə poçt binasından oğurluq edən şəxslər saxlanılıb
# 10 iyul 2014 17:53 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Bu ilin yanvar ayında Şəmkirin Qaracəmirli kəndində poçt binasından oğurluq edən iki nəfər saxlanılıb. Şəmkir rayon Polis Şöbəsinin müstəntiqi Nemət Cəfərovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, oğurluq hadisəsi bu ilin yanvarın 26-da baş verib. Naməlin şəxs və ya şəxslər poçt binasından 3218 manat pul aparıblar. Aparılan əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qaracəmirli kənd sakinləri 1984-cü il təvəllüdlü Elvin Babayev və 1985-ci il təvəllüdlü Elçin İsmayılov saxlanılıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR