Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vidadi İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayət işinin tam sübuta yetirildiyini deyib. O, V. İbrahimova 13 il 6 ay həbs cəzası təyin edilməsini istəyib.
Proses oktyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, V. İbrahimov münaqişə zəminində qonşusunu Namiq Balayevi qətlə yetirməkdə ittiham edilir.