Hicran Hüseynova Vyanada ATƏT-in beynəlxalq konfransında iştirak edib

Hicran Hüseynova Vyanada ATƏT-in beynəlxalq konfransında iştirak edib
# 12 iyul 2014 09:03 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Avstriyanın Vyana şəhərində ATƏT-in “Gender bərabərliyinə nəzər” mövzusu üzrə beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açılışda və üçüncü sessiyada çıxış edib. Komitə sədri Azərbaycanda qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə mübarizə, qadın sahibkarlığının inkişaf etdirilməsi və digər sahələr üzrə ətraflı məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfrans zamanı H.Hüseynova Belarus, ABŞ, Rusiya və digər dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər də keçirib. Görüşlər zamanı qadın hüquqlarının müdafiəsi sahəsində yeni əməkdaşlıq memorandumların bağlanması, əməkdaşlığın genişləndirilməsi və digər məsələlər üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, konfransda 50-dən çox dövlətlərin nümayəndələri iştirak edib. Konfrans gender aspektinin idarə edilməsi böhran vəziyyətdə, qadınların ictimai-siyasi həyatda iştirakı, iqtisadi hüquqlarının və imkanlarının genişləndirilməsində gender aspekti, qadınlara qarşı zorakılıqla mübarizə, gender bərabərliyinin təmin edilməsində institusional mexanizmlər mövzuları üzrə sessiyalar keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR