Tərtərdə mağazadan saxta əskinaslarla ərzaq almaq istəyən şəxslər tutulub

Tərtərdə mağazadan saxta əskinaslarla ərzaq almaq istəyən şəxslər tutulub
# 02 noyabr 2015 11:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Tərtərdə saxta əskinaslarla alver edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Qanboy Tanrıverdiyevə məxsus mağazaya 1 ədəd 20 manatlıq və 2 ədəd 10 manatlıq saxta əskinas verib ərzaq məhsulları almış rayon sakinləri Fərid Məmmədli və Səxavət Axundlu tutulub.

F.Məmmədlidən 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 12 ədəd 1 manatlıq, 34 ədəd 10 manatlıq, S.Axundlunun yaşadığı mənzilə baxış zamanı isə 1 ədəd 20 manatlıq və 13 ədəd 10 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR