Göyçayda 70 yaşlı qadın özünü asıb

Göyçayda 70 yaşlı qadın özünü asıb
# 29 avqust 2017 14:57 (UTC +04:00)

Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay şəhəri Ziya Bünyadov küçəsində yaşayan, 1947-ci il təvəllüdlü Bəsti Mustafayeva evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR