İl ərzində “Elektron hökumət” portalında DSMF-in elektron xidmətlərindən 130 mindən çox vətəndaş istifadə edib

İl ərzində “Elektron hökumət”  portalında DSMF-in elektron xidmətlərindən 130 mindən çox vətəndaş istifadə edib
# 25 iyul 2014 13:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40%-dan çoxunu əhatə edir və Dövlət Sosial Müdafiə Fondunun mərkəzi məlumat bazasında 1 mln. 283 min nəfər pensiyaçı və 2 mln. 816 min nəfərdən çox sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

APA-Economics” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında bildirib. Fondun sədri vurğulayıb ki, hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində 2014-cü ilin I yarımilliyində Fond tərəfindən əlavə olaraq daha 5 elektron xidmət istifadəçilərin ixtiyarına verilib: “2014-cü ilin birinci yarısında DSMF-nin həm öz saytı (www.dsmf.qov.az), həm də “elektron hökumət portalı” (www. e-qov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 500 min vətəndaş yararlanıb. “Elektron hökumət” portalının statistikasına əsasən, Fondun təklif etdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir. İl ərzində bilavasitə bu portala inteqrasiya olunan elektron xidmətlərdən 130 mindən çox vətəndaş istifadə edib.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR