Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabinetinə iki qanun layihəsi təqdim edib

Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabinetinə iki qanun layihəsi təqdim edib
# 21 aprel 2015 07:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev 2015-ci il 27 yanvar tarixində keçirilmiş regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu tapşırıqların icrasına uyğun olaraq nazirlik tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının qanun layihələri Nazirlər Kabinetinə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR