Sumqayıtda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub

Sumqayıtda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub
# 02 may 2015 09:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıtda oğurluqda şübhəli bilinən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhman Əhmədova və Vüsalə Yusifovaya məxsus mağazalardan ərzaq məhsulları, məişət əşyaları, tütün məmulatı və danışıq kartları oğurlamış Anar Hacıbalayev saxlanılıb.

Araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR