Yığmamızın voleybolçusu “Beşiktaş”da problemlə üzləşib

Yığmamızın voleybolçusu “Beşiktaş”da problemlə üzləşib
# 02 dekabr 2016 07:35 (UTC +04:00)

Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyakın “Beşiktaş”ın heyətində meydana çıxmamasının səbəbi məlum olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, az öncə İstanbul təmsilçisi ilə müqavilə imzalayan blokçu hələlik “qara qartallar”a kömək edə bilməyəcək.

Buna Avropa Voleybol Konfederasiyası (CEV) icazə vermir. Belə ki, “Beşiktaş”ın kişilərdən ibarət komandası ilə CEV arasında problem yarandığı üçün beynəlxalq qurum istanbullulara transfer qadağası qoyub. Bu səbəbdən Poznyakın Türkiyə Superliqasında debütünün vaxtı bilinmir. Lakin “Beşiktaş” rəhbərliyi problemi həll etmək üçün CEV-lə danışıqları davam etdirir.

Qeyd edək ki, Kseniya son mövsümdə “Azərreyl”lə Azərbaycan çempionu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR