Ankarada CHP-nin fövqəladə qurultayı keçirilir - FOTOSESSİYA

Ankarada CHP-nin fövqəladə qurultayı keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 05 sentyabr 2014 09:24 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ankara Ticarət Odasının Konqres Mərkəzində təşkil olunan qurultayı 900-dən çox media mənsubu izləyir.

Qurultayda təşkilati məsələlərə baxılacaq. Sədr seçkisi və partiya Məclisinə seçki keçiriləcək. 1218 nümayəndənin səsvermə hüququ var. Sədrlik uğurunda partiyanın hazırkı lideri Kamal Kılıçdaroğlu və partiyanın nüfuzlu millət vəkillərindən olan Məhərrəm İncə mübarizə aparacaq.

Qeyd edək ki, son prezident seçkilərində müxalifətin vahid namizədi Ekmələddin İhsanoğlunun məğlubiyyətindən sonra CHP-də bəzi millət vəkilləri partiya liderinin istefasını və fövqəladə qurultay keçirilməsini tələb ediblər. Bu çağırışları nəzərə alan K. Kılıçdaroğlu sentyabrın 5-6-da fövqəladə qurultay keçirmək barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR