Mövlud Çavuşoğlu: “Azərbaycanın G-20 sammitinə qatılması Türkiyəyə güc verəcək”

Mövlud Çavuşoğlu: “Azərbaycanın G-20 sammitinə qatılması Türkiyəyə güc verəcək”
# 25 fevral 2015 10:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “G-20 sammiti Antalyada keçiriləcək. Bu sammitə rəhbərlik Türkiyə üçün böyük şərəfdir”. APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Türkiyə prezidenti G-20 ölkələrinə səfərlərə də başlayıb: “Biz sammitə bir ölkə dəvət edə bilərdik və Azərbaycanı dəvət etdik. Azərbaycanın bu sammitə qatılması Türkiyəyə də güc verəcək”.


E. Məmmədyarov dəvətə görə Türkiyəyə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR