QMİ-nin dövlətə xəyanətdə ittiham olunan sabiq sektor müdiri apellyasiya şikayəti verib

QMİ-nin dövlətə xəyanətdə ittiham olunan sabiq sektor müdiri apellyasiya şikayəti verib
# 17 yanvar 2017 09:18 (UTC +04:00)

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya vəkil E. Mustafaoğlunun vəkili Əfqan Məmmədov məlumat verib. O bildirib ki, hökmdən şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 10 illik həbs cəzası verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR