Akademik Milli Dram Teatrında “Kosanın qızı” Novruz tamaşası təqdim ediləcək

Akademik Milli Dram Teatrında “Kosanın qızı” Novruz tamaşası təqdim ediləcək
# 16 mart 2017 07:01 (UTC +04:00)

Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün “Kosanın qızı” tamaşasını təqdim edəcək. APA-nın məlumatına görə, Rəhman Əlizadənin "Keçəlin toyu" pyesinin motivləri əsasında, Anar Sadıqovun ssenariləşdirdiyi səhnə əsərinin rejissoru və musiqi tərtibatçısı Əlif Cahangirdir.

Tamaşanın rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır.

Səhnə əsərində əməkdar artistlər Mirzə Ağabəyli və Əlvida Cəfərov (Dədə Qorqud), Mehriban Xanlarova (Küpəgirən), aktyorlar Rada Nəsibova (Bahar qızı), Ramin Şixəliyev və Vüsal Mustafayev (Keçəl), Cümşüd Zeynalov və Vüsal Məmmədov (Kosa), Rəşad Bəxtiyarov (Həkim) və Firuzə Balayeva (Keçi) çıxış edəcəklər.

Səhnə əsəri martın 17-dən etibarən saat 11:00, 13:00, 15:00 və 17:00-da təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR