İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib, ölən və yaralanan var

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib, ölən və yaralanan var
# 15 yanvar 2018 19:16 (UTC +04:00)

İordan çayının Qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 1 fələstinli ölüb, daha 1-i ağır yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Səhiyyə nazirliyi məlumat verib.

Məlumata əsasən, 24 yaşlı fələstinli toqquşmalar zamanı öldürülüb, baş nahiyəsindən güllə yarası alan digər şəxs xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, yanvarın 11-də Qəzza zolağı və İordan çayının Qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda iki fələstinli ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR