Azərbaycanda mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı yekun qaydalar iki ay ərzində hazırlanacaq

Azərbaycanda mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı yekun qaydalar iki ay ərzində hazırlanacaq
# 14 may 2012 10:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı yekun qaydalar iki ay ərzində hazırlanacaq. APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, TQDK yekun qaydaların hazırlanması prosesində iştirak edəcək: “Bir ay ərzində mərkəzləşmiş buraxılış imtahanlarının nəticələri bizə bəlli olandan sonra iyunun 30-dək bu qaydaların yekun variantını Nazirlər Kabinetinə təqdim edəcəyik”.

TQDK sədri qeyd edib ki, yekun qaydaların tətbiq olunması mərhələlərlə həyata keçiriləcək: “Bu qaydalar hazırlananda 2010-cu ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları” əsas götürüləcək. Bu sənəddə konkret göstərilib ki, hansı standartlar var və ümumtəhsil məktəblərində hər bir pillədən o birisinə keçmək üçün uşaqlar nəyi bacarmalıdırlar. Biz bu sənədi əsas götürmüşük. Bu sənədin əsasında hər bir fənn üzrə attestasiyanı hansı formada keçirmək yolları göstərilib. Bu qaydalar bütün orta məktəb sisteminə aiddir. İbtidai təhsildən ümumi orta təhsildə, ümumi orta təhsildən tam orta təhsilə keçmək qaydaları göstərilib. Bu qərara uyğun olaraq biz yekun qaydaları hazırlayacağıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR